Şəkidə məclis təşkil edənlər cərimələndi

Şəkidə sərt karantin rejimində məclis təşkil edənlər cərimələnib.

APA TV-nin məlumatına görə, Şəki Şəhər Rayon Polis Şöbəsinə rayonun Aşağı Layısqı kənd sakini Mehman Yusifovun xüsusi karantin rejimini pozaraq məclis təşkil etməsi barədə məlumat daxil olub.

Məlumat əsasında polis əməkdaşları dərhal həmin ünvana gəliblər. Ev sahibi Mehman Yusifovun 20-dən artıq şəxsi bir yerə toplayaraq məclis təşkil etdiyi və karantin rejimi qaydalarını pozduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən məclisin keçirilməsinin və insanların bir yerə toplaşmasının qarşısı alınıb. Həmçinin orada olanlara karantin rejiminin qaydaları və tələbləri bir daha izah olunub.

Məclisi təşkil edən 5 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək hər biri 200 manat məbləğində cərimələnib.
 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR