Şəkidə iki qardaşa məxsus ev əşyaları ilə birlikdə yandı
Şəkidə iki ailəyə məxsus ev yanıb.
APA TV-nin məlumatına görə, hadisə şəhərin Novruz küçəsində, Şahin və Heybullah İbrahimov qardaşlarının ailələri ilə birlikdə yaşadığı evdə baş verib.
Hadisə zamanı ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli, üç otaq və şüşəbənddən ibarət evin yanar konstruksiyaları əşyalarla birlikdə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilərək yanğın söndürülüb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:48
379
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
377
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
352
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
305
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
301
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
309