Şəkidə güclü külək ağacı aşırdı, məktəbin hasarı uçdu
Şəkidə güclü külək irigövdəli ağacı aşırıb.
APA TV-nin məlumatına görə, ötən gün axşam saatlarından başlayaraq Şəki rayonu ərazisində fasilələrlə güclü külək müşahidə edilir. Bu gün səhər saatlarında isə şəhərin Sabir Rəhman küçəsində, 8 saylı məktəbin qarşısındakı irigövdəli çinar ağacı kökündən çıxaraq aşıb. Nəticədə məktəbin divarı 25 metrə qədər məsafədə uçub.
Qeyd edək ki, güclü küləklə əlaqədar elektrik təchizatında da fasilələr olub. Artıq davamlı elektrik təchizatı üçün tədbirlərə başlanılıb, axşam saatlarına qədər elektrik enerjisinin verilməsi tam bərpa ediləcək.
OXŞAR XƏBƏRLƏR
11:43
1650
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
1650
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
1705
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1400
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1981
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
2010