Şəkidə əməliyyat: keçmiş məhkum və tanışları ələ keçdi
Şəkidə restorandan oğurluq edən və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakini, əvvəllər də bir neçə dəfə məhkum olunmuş Elçin Rüstəmzalov saxlanılıb.
Məlumata görə, şəxsi axtarış zamanı saxlanılan şəxsdən 50 qrama yaxın tiryək aşkar edilərək götürülüb. Elçin Rüstəmzalovun ətrafında davam etdirilən əməliyyat-istintaq tədbirləri ilə onun digər iki nəfər tanışı - əvvəllər dəfələrlə məhkum olunmuş Ağdaş rayon sakini Rəcəb Babayev və Həbillah İbrahimovla birlikdə rayon ərazisində yerləşən restorandan müxtəlif məişət əşyaları, kabel oğurladıqları məlum olub.
Onlar oğurladıqları həmin məişət əşyalarını əlvan metal qəbulu məntəqəsinə sataraq əldə etdikləri pulu öz aralarında bölüblər. Keçirilən tədbirlərlə digər iki nəfər də müəyyən edilərək təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib