Şəkidə dəhşət: 3 otaqlı ev alova qərq oldu
Şəkidə fərdi yaşayış evində yanğın olub. 92 yaşlı ev sahibəsi xəsarət alıb Yanğın Şəki şəhəri, 20 Yanvar küçəsində, 1932-ci il təvəllüdlü Nəzihə Sərxan qızı İbrahimovaya məxsus, ümumi sahəsi 120 kv/m olan kürsülü birmərtəbəli 3 otaq və aynabənddən ibarət fərdi yaşayış evində baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları, evin mətbəxinin 15 kv/m-lik sahəsinin və aynabəndin tavanının 3 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. 92 yaşlı ev sahibi Nazihə İbrahimova ayaq nahiyəsindən yanıq xəsarəti alıb. Nazihə İbrahimova hadisə yerinə cəlb edilmiş Təcili Tibbi Yardım briqadasının əməkdaşları tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Faktla bağlı araşdırma aparılır.
Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi