Şəkidə "Bazar" adlanan ərazidə koronavirusa kütləvi yoluxma qeydə alınıb
Şəkidə "Bazar" adlanan ərazidə koronavirus infeksiyasına kütləvi yoluxma faktı qeydə alınıb.
Bu barədə APA TV-yə TƏBİB-dən məlumat verilib.
Həmin ərazidə 01.09.2020 tarixindən bu günə qədər götürülən test nümunələrinin 13-də koronovirus testi pozitiv olub.
Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Epidemioloji vəziyyət barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Şəkidə epidemioloji vəziyyətin stabilləşdirilməsi istiqamətində profilaktik və əksepidemik işlər aparılır. Mövcud vəziyyətdə infeksiya ocağının bazar olduğu nəzərə alınaraq, yaxın günlərdə profilaktik dezinfeksiya işləri məqsədilə, bazarın müvəqqəti bağlanması məsələsinə baxıla bilər.
OXŞAR XƏBƏRLƏR
18:20
853
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1436
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1446
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
18:38
1468
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
17:58
1597
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
1556