Şəkidə ağır yol qəzası baş verib - 19 YAŞLI GƏNC XƏSTƏXANADA DÜNYASINI DƏYİŞİB
Şəkidə iki gün əvvəl baş verən ağır yol qəzasında xəsarət alan 2001-ci il təvəllüdlü, həmin rayonun Baş Zəyzid kənd sakini Həsən Nadir oğlu Əhmədov bu gün Bakı şəhərində müalicə aldığı xəstəxanada ölüb.
APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, iyun ayının 13-ü axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonu Vərəzət kəndi ərazisindən keçən hissəsində Şəki şəhər sakini, 1975-ci il təvəllüdlü Elçin Yaqub oğlu Məmmədovun idarə etdiyi “Qaz 3321” markalı yük maşını ilə Şəki şəhər sakini, 1989-cu il təvəllüdlü Şirxan Rafiq oğlu Mikayılovun idarə etdiyi “Hyundai Sonata” markalı minik avtomobili toqquşub.
Qəza zamanı minik avtomobilində olan sərnişinlər - Şəki rayonunun Baş Zəyzid kənd sakinləri – 2001-ci il təvəllüdlü Həsən Nadir oğlu Əhmədov, 2000-ci il təvəllüdlü Ceyhun Elman oğlu İsayev, 2003-cü il təvəllüdlü Mustafa Kazım oğlu Salmanlı və Vərəzət kənd sakini, 2003-cü il təvəllüdlü Turqut Hakim oğlu İsgəndərov xəsarət alıb.
Yaralılardan Həsən Əhmədova Şəki Rayon Mərkəzi Xəstəxanasında ilkin yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün müayinə və müalicəsini davam etdirmək məqsədilə Bakıya göndərilib.
Digər yaralıların xəsarətləri yüngül olduğundan onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi