Şəkidə ağır yol qəzası – 4 NƏFƏR YARALANDI
Şəkidə avtoqəza nəticəsində 4 nəfər xəsarət alıb
APA TV-nin məlumatına görə, hadisə bu gün günorta saatlarında Şəki şəhəri Bəxtiyar Vahabzadə küçəsində baş verib. Ötmə əməliyyatı yerinə yetirən “Tofaş” markalı avtomobil qarşıdan gələn “Nissan Tiida” markalı avtomobilin sağ tərəfinə dəyərək yoldan çıxıb və ağaca çırpılıb. Nəticədə “Tofaş”da olan sürücü də daxil 4 nəfər – 17 yaşlı Mikayıl Cəbrayılov, 15 yaşlı Abdulla Əhmədov, 28 yaşlı Vüsal Abdulxalıqlı və 21 yaşlı Elvin Lətifov xəsarət alıblar. Yaralıları avtomobildən çıxarılaraq Şəki RMX-na çatdırıblar. Xəstəxanada yaralılara ilkin tibbi yardım göstərilib. Hazırda onların müayinəsi və müalicəsi davam etdirilir. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"