Şəki sakini özündən 23 yaş böyük kişini bıçaqlayıb
APA-nın şimal-qərb bürosu xəbər verir ki, hadisə Şəki şəhəri ərazisində baş verib. Şəhər sakinləri 64 yaşlı Bağır Kaşiyev və 41 yaşlı Orxan Hüseynov arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Yaranmış mübahisə zamanı Orxan Hüseynov üzərində olan bıçaqla Bağır Kaşiyevə xəsarət yetirib. Hadisədən sonra Bağır Kaşiyev Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəni törətməkdə şübhəli sayılan Orxan Hüseynov polis tərəfindən saxlanılıb. Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:19
536
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
18:00
573
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
14:07
823
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
955
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
12:53
1149
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
18:25
1619