Şəki bazarı bağlandı - KORONAVİRUSA GÖRƏ
Şəkidə sentyabrın əvvəlindən bu günə kimi aparılan koronavirusla bağlı testlərin nəticələri 13 nəfərdə müsbət çıxıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, araşdırma zamanı məlum olub ki, yoluxanlardan bir neçə nəfəri bazar ərazisində çalışır.
Virusun yayılma mənbəyinin daha çox bazar ərazisi olması ehtimalına görə şəhərin bazar və bazarətrafı hissələri bağlanıb, bazara giriş-çıxış polis nəzarətinə alınıb.
Hazırda Şəki bazarı və ətrafında gediş-gəliş məhdudlaşdırılıb, ərazidə dezinfeksiya işləri aparılır. Vəziyyətlə bağlı əhaliyə xəbərdarlıq olunub. Şəhərdə ümumi profilaktik tədbirlər aparılır. Nazirlər Kabineti yanında yaradılmış operativ qərargahın tövsiyələrinə riayət edilməsi ilə bağlı əhali maarifləndirilir. Eyni zamanda dezinfeksiya işləri davam etdirilir.
Qeyd edək ki, Şəkidə virusa yoluxmuş 13 nəfər hazırda ev şəraitində karantinə alınıb.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"