Şəhriyar del Geraninin "Gecəniz şeirə" kitabının imza günü keçirilib

APA TV-nin məlumatına görə, kitabda 33 yeni şeir toplanıb. Müəllifin ilk şeirlər kitabı olan "Darıxmağın adı"ndan isə oxucuların ən çox sevdiyi 12 məşhur  şeir seçilib. Yeni kitabda ümumilikdə 45 şeir yer alıb.

Müəllifin dediyinə görə, kitab uğurla qarşılanarsa, növbəti tirajı öz hesabına 10 min nüsxə çıxacaq. Kitabdakı yeni 33 şeirin hamısı bir qadına yazılıb.

Təqdimatda müəllif kitabından bir neçə şeiri qonaqlara özü səsləndirib.

Qeyd edək ki, "Gecəniz şeirə" kitabı Şəhriyar del Geraninin özünün başlatdığı "Kitab otağı" layihəsi çərçivəsində yayımlanan ilk kitabdır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR