Səhiyyə nazirindən maska qadağası ilə bağlı AÇIQLAMA
Qapalı məkanlarda maska qadağasının götürülməsi ilə bağlı məsələyə baxılır.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib. O, vətəndaşları səbrli olmağa çağırıb.
"Aydındır ki, yoluxma sayları kəskin azalmaqdadır. Gündəlik hospitalizasiya sayları da sadə rəqəmlərlə ifadə olunur. Bütün bunları nəzərə alaraq məsələyə baxılır. Yəqin ki, müəyyən qərarlar veriləcək. Vətəndaşlarımızı səbrli olmağa çağırıram. 2 ildən artıqdır davam edən pandemik marafon insanlarımızı normal həyatdan kifayət qədər uzaqlaşdırıb. Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın rəsmi qərarını gözləməyə çağırıram" - deyə nazir bildirib.
OXŞAR XƏBƏRLƏR
17:12
456
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
532
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
486
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1698
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
14:07
1997
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
1249