Şəhid Vüqar Əsədov Lökbatanda dəfn olundu
Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə itkin düşmüş hərbçi Əsədov Vüqar Habil oğlunun nəşinin qalıqları Qaradağ rayonunun Lökbatan qəsəbəsinə gətirilib. Şəhid Vüqar Əsədovla yaşadığı evdə vida mərasimi keçirilib. Şəhidin nəşinin qalıqları Lökbatandakı Şəhidlər xiyabanında dəfn olunub. Dəfn mərasimində şəhidin yaxınları, Qaradağ rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.
Vüqar Əsədov 31 avqust 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşüb. Şəhidin meyitinin qalıqları bir qədər əvvəl Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda tapılıb. Vüqar Əsədov Qaradağ rayonunda anadan olub. I Qarabağ müharibəsi başlayanda torpaqlarımızın müdafiəsi üçün döyüşlərə qatılıb.
AYTƏN SAKİTQIZI
FARİZ QULUYEV
APA TV
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi