Şəhid polkovnik-leytenant Vüsal Rüstəmovun qəhrəmanlıq yolu
Antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanlarımızdan biri də polkovnik-leytenant Vüsal Rüstəmovdur. Şəhidimizin nəşi Xaçmaz rayonunun Qobuqırağı kənd qəbiristanlığında torpağa tapşırılıb. Vüsal Rüstəmov Heydər Əliyev adına Ali hərbi məktəbi bitirdikdən sonra artıq 16 il idi ki, zabit kimi ordu sıralarında xidmət edirdi. O, düşmənə qarşı keçirilən bir çox əməliyyatlarda o, cümlədən Vətən müharibəsində böyük şücaət göstərib. Yüksək peşə hazırlığına, zabit bacarıqlarına görə, qiymətləndirilən Vüsal polkovnik-leytenant hərbi rütbəsinə qədər yüksəlmişdi. Qəhrəmanlığının ən ali məqamı isə, şəhidlik zirvəsinə yüksəlmək oldu. Ailəli olan Vüsal Rüstəmovdan geriyə bir qız, bir oğlan uşağı yadigar qaldı. Allah rəhmət eləsin. Vəli Turan, Cəfər Talıb, Rizvan Hacıyev, APA TV
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi