Şəhid olan hərbi qulluqçumuz Ağstafada dəfn edilib
Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olan hərbi qulluqçusu Ağstafada dəfn edilib. APA TV-nin yerli bürosunun məlumatına görə şəhid olan hərbi qulluqçumuz, 2002-ci il təvəllüdlü Əliyev Tahir Çingiz oğlu ilə anadan olduğu Ağstafanın Xətai kəndində vida mərasimi keçirilib. Daha sonra şəhidimiz Ağstafa rayon şəhidlər xiyabanında dəfn edilib. Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, dostları, yaxınları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Tahir Əliyev ailənin böyük övladıdır. Ondan başqa bir qardaşı da var. Tahir Əliyev bir ildir ki, müddətli xidmətdə olub.
OXŞAR XƏBƏRLƏR
12:53
399
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
18:25
990
“Bu, minlərlə vətəndaşın taleyidir” – Viktor Yuşşenko
16:29
1102
Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
16:25
834
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
16:59
1179
Ağdaşda xurma yığımının qızğın çağıdır
16:58
1086