Şəhid ailəsini aldadıb pullarını mənimsədilər –DƏLƏDUZLAR YAXALANDI
Tovuzda şəhid ailəsinin etimadından sui-istifadə etməklə dələduzluq edən şəxlsər saxlanılıb.
DİN mətbuat xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşlarının rayon sakinindən daxil olan müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Xatınlı kənd sakini Əhməd Əhmədov və onun qardaşı, “qaynar-xett.az” saytının təsisçisi Zaur Əhmədov saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, onlar Vətənin müdafiəsi uğrunda şəhid olmuş hərbi qulluqçunun ailəsi ilə əlaqə saxlayıb, valideynlərindən şəhidin sosial sığortası üçün ayrılmış vəsaitin miqdarının artırılması, adının əbədiləşdirilməsi, barəsində kitab və jurnallar dərc edilməsi, habelə yerli televiziya kanallarında verlişlər hazırlanacağını bildirərək hissə-hissə olmaqla ümumilkdə 1850 manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçiriblər.
Faktla bağlı cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar