Şəhid ailələrinə və Qarabağ qazilərinə 50 mənzil verildi

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Abşeron rayonunun Saray qəsəbəsindəki yeni yaşayış binalarından alınmış 50 mənzil şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib. APA TV-nin məlumatına görə, bu kateqoriyalardan olanlara bu il azı 800 mənzil verilməsi planlaşdırılıb. Təqdim edilən mənzillər də daxil olmaqla artıq 110 mənzil verilib. Bununla da indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 6764 mənzil təqdim edilib. Nazir müavini Anar Kərimov diqqətə çatdırıb ki, cari ildə dövlət başçısının təqdim etdiyi iki sosial islahat paketi 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olub, onların sırasında şəhid ailələri və müharibə əlilləri də var. Həmin vətəndaşlara yönələn təqaüd və müavinətlərin, pensiyaların da əhəmiyyətli dərəcədə artırılması təmin edilib: “Sosial sahədə ciddi addımlar atılıb. Müavinətlər, təqaüdlər iki dəfə artırılıb. Sentyabrın 1-dən əmək haqları 250 manata çatdırılacaq. Əhalinin təqribən 40 faizi artıq bundan bəhrələnib. Düşünürəm ki, bu tədbir bir ənənəyə çevriləcək və növbəti aylar ərzində də biz həssas qruplara, müharibədən əziyyət çəkən şəxslərə mənzilləri, avtomobilləri təqdim edəcəyik”. A.Kərimov müharibə əlillərinin avtomobillə təminatı proqramının da gücləndirildiyini deyib. Ötən il həmin vətəndaşlara 265 avtomobil verilib, bu il isə 600-ə yaxın avtomobil verilməsi planlaşdırılıb ki, onlardan artıq 200-ü, indiyədək isə 6350-dək avtomobil müharibə əlillərinə istifadəsinə verilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR