Şəhərlilərin kənddəki macəraları - ŞAMAXIYA TUR TƏŞKİL EDİLİB
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində növbəti tur Şamaxıya təşkil olunub.
APA TV-nin yerli bürosunun məlumatına görə, tur iştirakçıları Şamaxı təbiəti ilə yanaşı, yerli əhalinin həyat tərzi ilə də yaxından tanış olub. Kənd evində kənd məhsulları ilə səhər yeməyi və nahar da öz yerində.
Qonaqkənd və Çaylı kəndlərinin əhalisinin əsas məşğuliyyəti taxılçılıq, heyvandarlıq, meyvəçilik, bostançılıq, üzümçülükdən ibarətdir. İştirakçılar yerli fermer təsərrüfatlarında sakinlərə yardım edib. İlk dəfə sac qutabı və təndir çörəyi bişirənlər, samovar qaynadanlar da olub, balıq tutmağın həyəcanını yaşayanlar da.
Ev sahibləri də qonaqlardan məmnun qalıb.
Belə turlar çərçivəsində həyata keçirilən ekoloji və aqrar maarifləndirmə əhalinin iri şəhərlərə axınının qarşısının alınmasına və insanların kəndlərə, torpağa bağlılığının artırılmasına xidmət edir.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."