Səfirlik: “Sabah saat 12-də vağzalda olun”
Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdəki soydaşlarımıza müraciət edib.
Səfirlikdən Lent.az-a daxil olan müraciətdə qeyd olunur ki, sabah saat 12:00-da Kiyevin dəmir yolu vağzalından Mogilyov-Podolsk şəhərinə qatar yola düşəcək:
"Qatar Ukraynadakı vəziyyətlə bağlı ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşları üçün planlaşdırılıb. Qatara minik biletsizdir, canlı növbə əsasında həyata keçiriləcək.
Dəmir yolu vağzalının ünvanı Vokzalna Ploşad 1.
Fövqəladə vəziyyəti nəzərə alaraq, qatarın yola düşmə vaxtından 1,5-2 saat öncə vağzalda olmaq, ən ciddi ehtiyac olan şəxsi əşya götürmək tövsiyə olunur.
Son məntəqəyə çatdıqdan sonra vətəndaşların Ukrayna-Moldova sərhədini keçmələri gözlənilir. Vətəndaşlarımızın Moldova ərazisində yarana biləcək məsələləri ilə bağlı Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi ilə əlaqə saxlamaq olar:
+373 781 81 361
+373 789 91 849
+373 222 32 277".
OXŞAR XƏBƏRLƏR
15 iyun - Milli Qurtuluş Günü: Azərbaycanın taleyini dəyişən ZƏFƏR TARİXİ
15 İyun: Xalqın Ümid, Dövlətin Xilas Günü
Azadlığından sonra Ağdam və Füzulidə ilk dəfə son zəng çalınıb
Bakıda 45 nömrəli məktəb məzunlarını yola saldı - Sonuncu zəng çalındı
Elm və Təhsil Naziri Gəncədə “Son Zəng” tədbirində iştirak edib