Səfirdən Azərbaycanla bağlı xoş sözlər: “Qardaşlığımız əbədidir” - APA TV
“Azərbaycan Prezidenti cənab İlham Əliyev Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyir. Bu, bizim üçün olduqca əhəmiyyətlidir”.
APA TV xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee səfirlikdə keçirilən “Kəşmirin qara günü” adlı tədbirdə deyib. Onun sözlərinə görə bu problemlə bağlı Pakistan daim Azərbaycan xalqının, dövlətinin dəstəyini hiss edib. O, eyni zamanda 44 günlük Vətən Müharibəsindən sonra regionda Azərbaycanın çəkisinin artdığını, rəsmi Bakının mövqeyinin xüsusi yer tutduğunu bildirib.
Səfir Pakistanla Azərbaycanın bir-birini dəstəkləməsinin təsadüfi olmadığını da fikirlərinə əlavə edib:
“Azərbaycan da eyni taleyi yaşayıb. Biz hər zaman azərbaycanlı qardaşlarımızın yanında olmuşuq və olacağıq”. Sİtatın sonu
Tədbirdə çıxış edən qonaqlar Kəşmirin tarixi, konfliktin səbəbləri və həlli yolları barədə ətraflı müzakirə aparıblar.
OXŞAR XƏBƏRLƏR
Ağdaşda xurma yığımının qızğın çağıdır
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə