Səbail rayonunda 4800-dən çox ağac əkilib - AKSİYA ÇƏRÇİVƏSİNDƏ
Paytaxtın Səbail rayonunda ağacəkmə aksiyası keçirilib.
APA TV-nin məlumatına görə, aksiya Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir-şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə ölkə ərazisində 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində baş tutub.
Ağacların əkiləcəyi ərazilər əvvəlcədən müəyyənləşdirilib, çalalar qazılıb, arxlar çəkilib. Aksiya zamanı daha çox şam və küknar tinglər basdırılıb.
Səbail Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vüqar Zeynalov deyib ki, 4800-dən artıq ağac əkilməsi nəzərdə tutulur: “Bu təşəbbüs ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılmasına böyük töhfədir. Xüsusilə də belə aksiyalar “Nəsimi ili”nə dövlət tərəfindən verilən töhfə və diqqətdir”.
Aksiya bayram əhval-ruhiyyəsi ilə davam edib.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək