Sanitar-karantin qaydalarını pozan trenajor zalı və kafe aşkarlanıb
Sumqayıt şəhərinin 11-ci mikrorayon ərazisində yerləşən idman-trenajor zalının sanitar-karantin qaydalarını pozaraq fəaliyyət göstərdiyi müəyyən edilib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, polislər baxış zamanı həmin zalda olan ümumilikdə 18 nəfəri aşkar ediblər.
Onlardan 3 nəfəri yetkinlik yaşına çatmadığı üçün profilaktik söhbət aparılaraq sərbəst buraxılıb. İdman zalında olan 12 nəfər barəsində inzibati protokol tərtib edilərək hər biri cərimə edilib. Həmçinin obyektin sahibi Rəşad Xudaverdiyev və daha 2 nəfər işçisi saxlanılaraq Polis İdarəsinə gətiriliblər. Obyektin sahibi müvafiq olaraq 4000 manat, işçilərin hər biri isə 200 manat məbləğində cərimə ediliblər.
Polis əməkdaşlarının paytaxtın Nərimanov rayonunda keçirdiyi növbəti tədbir zamanı isə qanunlara zidd olaraq işləyən kafe aşkar edilib. Araşdırma zamanı “Dostlar” kafesini icarə əsasında işlədən paytaxt sakini Həsən Bağırovun müştərilərə yerində xidmət göstərdiyi müəyyən edilib. Obyektin kabinetlərinə baxış zamanı ümumilikdə 13 nəfər müştəri müəyyən edilib. Onların hər biri, eləcə də kafeni işlədən Həsən Bağırov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci ( epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək, cərimələniblər.
OXŞAR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?