Samuxda mağazaları qarət edənlər tutuldu
Samux polisi oğurluqda şübhəli bilinən iki nəfəri saxlayıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, Samux polisinin əməliyyatı nəticəsində 14 gün əvvəl, Alabaşlı qəsəbəsindəki mağazalardan birini qarət edən Gəncə şəhər sakinləri - əvvəllər məhkum olunmuş, 26 yaşlı Ayxan Hüseynov və həmyaşıdı Rəşad Məmmədov saxlanılıb.
Araşdırmalarla məlum olub ki, həmin şəxslər bu hadisədən bir həftə sonra Qarayeri qəsəbəsindəki mağazalardan birindən də oğurluq edib: “Həmin şəxslər saxlanılaraq istintaqa təqdim olunub və barələrində həbs-qətimkan tədbiri seçilib. Maddi sübutun bir qismi tərəfimizdən götürülüb”.
Saxlanılan şəxslər əməllərini etiraf edib. Oğurluq yolla əldə edilən tütün məmulatlarının bir qismi tapılaraq istintaqa təqdim olunub. Saxlanılan Rəşad Məmmədov oğurluqda yalnız gözətçi kimi iştirak etdiyini deyib: “Sadəcə olaraq özümüz üçün gəzirdik. Gəlib oralara çıxmışdıq. Mağazadan 300-400 metr aralıda maşını saxladı, getdi gəldi. Əlində bir dənə balaca paket və araq var idi”.
Saxlanılanların digər analoji cinayətlərdə əlinin olub-olmadığı araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."