Şamaxıya qar yağıb, yollar buz bağlayacaq
Bu gün Şamaxı rayonuna qar yağıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon mərkəzinə 3-5 sm, dağlıq ərazilərə isə 10-15 sm hündüryündə qar düşüb.
Ən çox qar rayonun Qızmeydan, Talışnuru, Ərçiman, Pirbəhli, Sis və Dəmirçi kəndlərinə düşüb. Kənd sakinlərinin sözlərinə görə, qar əkin sahəsinə müsbət təsir edəcək. Yağan qar məhsuldarlıqla yanaşı, taxıl sahələrində yuva quran zərərvercilərin kütləvi şəkildə qırılmasına səbəb olacaq.
Səhər saatlarından Şamaxı-Pirqulu avtomobil yolunda qarın təmizlənməsi işlərinə start verilib. Texnikalar vasitəsi ilə yol təmizlənib. Yola qum-duz qarışığı tökülüb.
Hazırda magistral və kənd yollarında hərəkət normaldır.
Şamaxı ərzisində gecə saatlarında şaxta və dumanlı hava olacaq, yollar buz bağlayacaq, bu səbəbdən yola çıxan sürücülərin ehtiyatlı olmaları tövsiyə olunur.
OXŞAR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”