Şamaxıda yol əhvalatı: maşınlar sürücüsüz hərəkət edir, telefonlar işləmir

Şamaxı-Dəmirçi-Lahıc avtomobil yolunun bir hissəsində, Dəmirçi kəndi ərazisində nəqliyyat vasitələri işlək vəziyyətdə olmadan özü-özünə hərəkət edir.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, sözü gedən bu yolda avtomobil işə düşmədən də hərəkət edir. Yerli sakinlər bu yola “maqnit yol” deyir:

“Dəmirçi kəndindən Lahıc istiqamətinə gedərkən yolun 3-4 kilometrlik hissəsində avtomobilin sürəti azalır. Bəzən dayanmış avtomobil arxaya doğru hərəkət edir. Həmin ərazidə avtomobillər mühərriki çalışdırmadan naməlum səbəbdən hərəkət başlayır. Mühərrik söndürülmüş halda, sürət qutusu isə neytral vəziyyətdə qaldığı zaman, sanki bir qüvvə avtomobili çəkərək hərəkətə gətirir”.

Maraqlıdır ki, eyni yerdə bütün sürücülər maşını hərəkətə gətirməkdə çətinliklə üzləşir. Hər hansı bir texnika burada lazımı sürəti çox gec yığır.

Belə vəziyyətdə avtomobilin əyləcindən istifadə olunmazsa sürət getdikcə artaraq hətta saatda 60 km-ə çatır.


Bundan başqa sözügedən ərazidə mobil telefonların istifadəsində də çətinlik yaranır. Yerli sakinlərin sözlərinə görə, mobil cihazlarda şəbəkə maksimum göstərsə də, adətən telefonla danışmaq mümkün olmur.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR