Şamaxıda minik maşını yanacaq daşıyan “KamAZ”a çırpıldı – 1 ÖLÜ, 3 YARALI VAR
Bakı-Şamaxı yolunda avtoqəza, ölən və xəsarət alanlar var
Şamaxı rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı yolunun Acıdərə adlanan ərazisində qeydə alınıb.
Qobustan sakini Qüdrət Şahverdiyev idarə etdiyi "KİA Rio" markalı minik avtomobili ilə hərəkətdə olarkən, eyni istiqamətdə hərəkət edən və yanacaq daşıyan "KaMAz" markalı yük avtomobilinə çırpılıb.
Hadisə zamanı 2000-ci il təvəllüdlü Aytac Məmmədova ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Sürücü Qüdrət Şahverdiyev və digər sərnişinlər - 1978-ci il təvəllüdlü Sevda Şahverdiyeva və 2011-ci il təvəllüdlü Fateh Məmmədov isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov
APA TV
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi