Şamaxıda ağır qəza: 6 yaralı var
Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə iyulun 17-də axşam saat 19:00 radələrində Şamaxı-Göylər yolunda qeydə alınıb. "QAZ 3110" və "VAZ 21015" markalı minik avtomobillərinin toqquşması nəticəsində Şamaxı və Kürdəmir sakinləri - 1954-cü il təvəllüdlü Kərimov Hücrət Ağasəlim oğlu, 1993-cü ildə anadan olmuş Şükürov Saleh Taleh oğlu, 1996-cı il doğumlu Qəhrəmanov Elməddin Elşad oğlu, 1997-ci il təvəllüdlü Cəfərov Qabil Habil oğlu, 1986-cı ildə anadan olmuş Mürsəlov Elvin Eynulla oğlu, 1990-cı il doğumlu Şükürov Ruslan Balacan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."