“Şamaxı” Ticarət Mərkəzində yanğın olub

Şamaxı rayonunda ticarət mərkəzində güclü yanğın hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 5:00 radələrində Şamaxı şəhərinin S.Ə.Şirvani küçəsində yerləşən, 1975-ci il təvəllüdlü sahibkar Allahverdiyev Zaur Hüseyn oğluna məxsus ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli “Şamaxı” Ticarət Mərkəzində qeydə alınıb.

 

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Şamaxı və Qobustan Dövlət Yanğından Mühafizə hissələrinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Ticarət obyektinin ikinci mərtəbəsində baş verən yanğın zamanı 200 kvadratmetrlik sahə, eləcə də oradakı müxtəlif çeşidli mallar yanıb. Yanğınsöndürənlər mağazanın birinci mərtəbəsindəki malları alovdan mühafizə ediblər.

 

Hadisə gecə saatlarında baş verdiyi üçün xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR