Bakı-Şamaxı yolunda qəza: 6 yaralı
Şamaxı rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA Tv-nin yerli bürosunun xəbərinə görə, bu gün saat 17:30 radələrində Bakı-Şamaxı yolunun 110-cu kilometrliyində, Acıdərə adlanan ərazidə "Ford" markalı sərnişin mikroavtobusu ilə "Mercedes" markalı minik avtomobilinin toqquşub.
Qəza nəticəsində xəsarət almış 6 nəfər - Sumqayıt sakinləri, 1972-ci il təvəllüdlü Qarakişiyeva Səbinə Rafiq qızı, 1962-ci il təvəllüdlü Məmmədova Həsənağa Sultanağa oğlu, 1996-cı il təvəllüdlü Zeynəddinli Elmi Rafiq oğlu, 1992-ci il təvəllüdlü Nazarova Aynur Teymur qızı, 1997-ci il təvəllüdlü Zeynəddinli Elcan Rafiq oğlu, Şamaxı sakini, 1971-ci il təvəllüdlü Mirzəyev Yaşar Əlikram oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."