Salyanda zəncirvari qəza baş verib – ÜÇ NƏFƏR XƏSARƏT ALIB
Salyanda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. “Daewo”, “Tayota Prado” və “VAZ 2107” markalı avtomobillərin iştirakı ilə baş verən qəzada 3 nəfər- 1990-cı il təvəllüdlü Həsənova Lalə İslam qızı, 1982-ci il təvəllüdlü Talıbov Zöhür Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətlər ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Adı məlum olmayan və vəziyyəti çox ağır olan üçüncü yaralı kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, hadisənin əsas iştirakçısı olan “VAZ 2107” markalı avtomobil hadisə yerindən qaçıb. Avtomobilin axtarışları istiqamətində əməliyyat tədbirləri həyata keçrilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi