Salyanda Qarabağ qazisi öz evində yanaraq öldü
Salyanda baş verən yanğın zamanı Qarabağ qazisi yanaraq ölüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə "Plasmas" yaşayış massivi kimi tanınan ərazidə - Əlövsət Quliyev küçəsi ev 19-da qeydə alınıb.
1965-ci il təvəllüdlü, Qarabağ qazisi Firudin Cəfərova məxsus yarımçıq tikilmiş fərdi yaşayış evi qəfildən alovlanmağa başlayıb.
Qonşuların məlumatı əsasında hadisə yerinə Salyan Yanğından Mühafizə hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.
Yanğınsöndürənlərin səyi nəticəsində alov söndürülüb. Yanğının yaxınlığındakı tikililər mühafizə olunub.
Hadisə yerinə baxış keçirilən zaman ev sahibinin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
11:43
553
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
551
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
573
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1285
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1873
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1885