Salyanda əməliyyat: Tutulanlar var
Salyanda oğurluq və soyğunçuluqla məşğul olan üç nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA TV-yə verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində rayonun Kərimbəyli kəndi ərazisində yerləşən evlərdən 4 min manatlıq dəmir boru və lövhələr oğurlayan keçmiş məhkumlar Orxan Hüseynov və Röyal Səmədov yaxalanıb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat nəticəsində isə mart ayının 15-də rayon ərazisində bir qadına qarşı zor tətbiq edərək əlində olan 380 manat pulu soyğunçuluq yolu ilə ələ keçirən, əvvəllər də məhkum olunmuş Pərviz Əhmədov da saxlanılıb.
Saxlanılan zaman onun üzərindən metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
19:15
236
Aqrar sahənin inkişafı məsələləri müzakirə edilib, təkliflər səsləndirilib
16:09
305
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
18:04
1061
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
18:02
950
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
18:14
1338
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
18:13
705