Salyanda ata qızını qətlə yetirdikdən sonra intihar etdi
Salyanda ata qızını qətlə yetirdikdən sonra intihar edib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Babazənan yaşayış massivində Azər Həsənov küçəsi 5 ünvanında qeydə alınıb.
52 yaşlı Məzahim Qurbanov ailə münaqişəsi zəminində ov tüfəngi ilə 25 yaşlı qızı Rəvanə Qurbanovanı baş nahiyəsindən vuraraq qətlə yetirib.
Daha sonra Məzahim Qurbanov özünü də odlu silahla öldürüb.
Hadisə ətrafında istintaq hərəkətləri aparılır, şahidlər dindirilir. Qətl hadisəsi barədə əlavə təfərrüatlar Baş Prokurorluq tərəfindən açıqlanacaq.
Qeyd edək ki, Rəvanə Qurbanova ailəli olsa da bu evlilikdən övladları olmayıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:58
532
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
541
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
17:18
559
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
13:54
2198
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
2140
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
19:45
3264