Salyanda ağır qəza: “KamAZ” minik maşınına çırpıldı
Salyanda ağır yol qəzası olub.
Hadisə Ələt-Astara yolunda, Salyan rayonunun Kürsəngi kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, “KamAZ” markalı yük maşını və minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadaları cəlb olunub.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) Bakı-Salyan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
BDYPİ-dən verilən məlumata görə, hadisə magistral yolun 29-cu kilometrliyində qeydə alınıb.
İlkin məlumata görə, “Hyundai Accent” markalı, 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı, 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb. Hadisə nəticəsində “Hyundai Accent” avtomobilində olan üç nəfər qadın sərnişin həlak olub. Sürücü, bir qadın və bir azyaşlı uşaq isə xəsarət alıb.
Qəzada ölənlərdən ikisi - 1975-ci il təvəllüdlü Hüseynova Elnurə Adil qızı, 1972-ci il təvəllüdlü Bağırova Dilarə Ramil qızı Neftçala rayon sakinləridir. Hadisə zamanı ölən digər qadının kimliyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı