Salyan sakinin evində əməliyyat: görün evdən nə çıxdı
Salyan sakinindən külli miqdarda narkotik və odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində rayon sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Şahin Babayev saxlanılıb.
Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı 300 qrama yaxın marixuana, 40 qramdan artıq heroin, metamfetamin və bir ədəd elektron tərəzi, eləcə də atəşə yararlı bir ədəd "TOZ-8" markalı yivli silah və 37 ədəd patron aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
16:36
159
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
16:35
221
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
16:23
1139
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
16:22
1074
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
16:21
957
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
17:19
1182