Sakinlərindən 61 ədəd odlu silah götürüldü
Şəmkir sakinində narkotik və silah aşkar edilib.
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Sabir Abbasov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman bir ədəd torbada ümumi çəkisi 450 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Sabir Abbasovun yaşadığı evdən qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd istifadəyə yararlı “AK-74” markalı avtomat, 1 ədəd həmin avtomata məxsus daraq və 20 ədəd 5.45 mm-lik avtomat patronu aşkar edilərək götürülüb. Bununla da polis əməkdaşlarının həftə ərzində vətəndaşlardan götürdüyü silahların sayı 21-ə çatıb.
Qeyd olunub ki, cari ilin müvafiq dövrü ərzində Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində rayon sakinlərindən ümumilikdə 61 ədəd odlu silah aşkarlanıb ki, həmin silahlardan 7-si aparılan maarifləndirici-profilaktiki söhbətlər nəticəsində sakinlər tərəfindən könüllü təhvil verilib. Əməliyyat yolu ilə aşkarlanan 54 odlu silahdan 4-ü avtomat, 1-i tapança-pulemyot, 3-ü tapança, 3 ədədi isə yivli TOZ 8 silahıdır.
Qeyd edək ki, gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması məqsədi ilə şöbə əməkdaşları əməliyyat-profilaktiki tədbirləri davam etdirir.
OXŞAR XƏBƏRLƏR
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Şəmkirdə aqrar sahənin inkişafına həsr olunan regional müşavirə keçirilib
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib