Sakinlər xxı əsrin şəhər mərkəzində acınacaqlı kənd həyatı yaşayır
Görüntülər Sumqayıt şəhərinin "Yeni Sumqayıt" kimi tanınan yaşayış massivindəndir. Massiv sakinləri kanalizasiya xəttinin olmamasından şikayətçidir.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, 2013-cü ildə salınan massivə bu günə qədər kanalizasiya xətti çəkilməyib. Şikayətçilər deyirlər ki, bura az qala kiçik bir şəhərə çevrilib. Ərazidə 600-ə yaxın ev tikilib. Yaşayış məntəqəsi planlı şəkildə və səliqəli salınıb. Amma kanalizasiya xətləri yoxdur.
Sakinlər deyirlər ki, yayda milçək əlindən tərpənmək olmur. Zibilli su ətrafa buraxılır. Bu isə ekoloji tarazlığı pozur. Artıq torpaq da çirkab suları özünə çəkmir. Kanalizasiya suları bəzi evlərin zirzəmilərini də yararsız hala salıb.
Bəs aidiyyəti qurumlar nə deyir? Sualımıza cavab tapmaq üçün üz tutduq Sumqayıt Sukanal İdarəsinə. İdarədən APA TV-yə şifahi olaraq bildirdilər ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Sumqayıt şəhərində mərkəzləşmiş kanalizasiya şəbəkəsi olmayan ərazilərdə tədbirlərin görülməsi nəzərdə tutulub.
Qeyd olunan ərazidə, eləcə də digər ərazilərdə mərkəzləşmiş kanalizasiya şəbəkəsinin qurulması ilə bağlı tədbirlər planı hazırlanıb. Mərhələli şəkildə tədbirlər görüləcək.
RAMİL ZEYNALLI, ƏLİ ƏLİYEV
APA TV
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ