Sakinlər müraciət etdi, problemləri HƏLL EDİLDİ
Quba rayonunun ucqar kəndinin qazlaşdırılması ilə bağlı qərar verilib
APA TV xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyasında deyilib. Quba rayonunun ucqar Cimi kəndində Birliyin baş direktoru Ruslan Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və millət vəkili Vahid Əhmədov ilə birlikdə vətəndaşlarla görüşüb. Sakinlər çətin relyef şəraitində yerləşən kənddə payız-qış mövsümlərinin daha sərt keçdiyini bildirərək bu kəndin qazlaşdırılması ilə bağlı onlara köməklik edilməsini xahiş ediblər.
“Azəriqaz" İstehsalat Birliyin baş direktoru Ruslan Əliyev ilin sonu olsa da, biz SOCAR rəhbərliyi ilə razılaşdırmadan sonra biz burada qazlaşma üçün qərar verdiklərini deyib: Ona görə gəldik birinci sizinlə görüşək, sizi dinləyək. Və sizin xeyir-duanızla qazlaşma işlərinə başlayaq. Çalışacağıq bu il siz istilik kimi qazdan istifadə edəsiniz. Təşəkkür edirəm və bir daha diqqətinizə çatdırıram ki, burda olan şəhid ailələrinə və qazilərə heç bir ödəniş olmadan bütün qaz xətləri çəkiləcək”.
Qeyd edək ki, qazlaşma işləri bütün regionlarda mərhələli şəkildə icra olunur.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."