Sakinlər metroda köməksiz vəziyyətdə qalarsa...
Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşəbbüsü və Baş Əməliyyat idarəsinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “Neftçilər” stansiyasında təlim keçirilib.
Təlimin mövzusu “Metro stansiyasında elektrik cərəyanının açılması səbəbindən qatarın dayanması nəticəsində zərərçəkmişlərin təxliyəsi” olub. Təlimə rəhbərliyi FHN-in Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov edib.
Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Xalqlar dostluğu” stansiyası istiqamətindən hərəkət edən qatarın elektrik cərəyanının şərti açılması nəticəsində “Neftçilər” stansiyasının “mənzilində dayanması” və “sərnişinlərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub” və dərhal Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri “hadisə yerinə” cəlb olunub.
Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqlarının yandırılması, təmas relslərindən gərginliyin çıxarılması üçün qısa qapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib. Regional Mərkəzin mobil xilasetmə və əməliyyat qrupları tərəfindən fərdi mühafizə vasitələri və kimyəvi kəşfiyyat cihazlarından istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, xilasetmə vasitələri tətbiq edilməklə Metropoliten əməkdaşları ilə birlikdə qatardakı “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin tibbi yardım göstərilib”.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb