Sahil Babayev: “Bir ayda 5500 şəhid və müharibə iştirakçısının ailəsinə sosial dəstək göstərilib”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncə şəhərində Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdirdiyi yaşayış kompleksindən alınmış 103 mənzili şəhid ailələri və ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, mərasimində iştirak edən nazir Sahil Babayev bu il Azərbaycanın şanlı tarixinin yazıldığını vurğulayıb. Bildirib ki, dövlət başçısının tapşırığı ilə şəhidlərimizin ailə üzvlərinin, müharibə iştirakçılarının, yaralanmış hərbçilərin, onların ailələrinin sosial dəstəklə təmin olunması üçün işlər aparılır.
Son bir ayda artıq 5 min 500-dən çox bu kateqoriyalardan olan vətəndaş bu dəstək tədbirləri ilə əhatə olunub. Bu işlər bundan sonra da davam etdiriləcək.
Bundan əlavə, Gəncəyə raket hücumu zamanı zərər çəkən ailələrin də daim diqqətdə olduğu və evləri dağılan ailələrə yaxın zamanda evlərin verilməsi ilə bağlı uyğun variant üzərində işlər görüldüyü bildirilib.
Daha sonra nazir Göygöl rayonunda müasir tələblərə uyğun qurulan Psixonevroloji Sosial Xidmət Müəssisəsinin əsaslı təmir və bərpadan sonra açılışında iştirak edib. 116 nəfər üçün nəzərdə tutulan müəssisədə sakinlərin stasionar şəraitdə rahat yaşayışı və sosial-reabilitasiyası üçün müasir şərait yaradılıb.
Qeyd edək ki bu il Lənkəran, Xaçmaz, Şirvan və Şəki Reabilitasiya Mərkəzləri müasir tələblərə uyğun qurularaq istifadəyə verilib.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV
OXŞAR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?