“Sahibkarların maarifləndirilməsində medianın böyük zəhməti var” – APA TV
İqtisadiyyat Nazirliyində televiziya işçiləri və nazirliyin nümayəndələrinin iştirakı ilə 6 noyabr - Azərbaycan Televiziyası və Radiosu Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qeyd edib ki, müasir dövrdə Azərbaycanda sosial-iqtisadi inkişaf müxtəlif sahələrə, o cümlədən medianın inkişafına münbit zəmin yaradıb. Mediaya müxtəlif dövlət dəstəyi tədbirlərinin, qanunvericiliyin təkmilləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, televiziya və radio xalqımızın mədəniyyətini, ictimai-siyasi həyatını, qazandığı nailiyyətləri yerli və beynəlxalq auditoriyaya təqdim edir, dünyanın mədəniyyət, elm, təhsil nümunələrini Azərbaycan izləyicisinə çatdırır. O cümlədən, iqtisadiyyatın müxtəlif sahələrinin, həmçinin özəl sektorun inkişafında, cəmiyyətin, sahibkarların bu yöndə maarifləndirilməsində televiziya və radio işçilərinin mühüm töhfələri, böyük zəhməti var. Daha sonra çıxış edən televiziya əməkdaşları dövlət tərəfindən medianın inkişafına göstərilən dəstəyin jurnalistlər və ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini, ölkəmizin sosial-iqtisadi inkişafı naminə bundan sonra da səylə çalışacaqlarını bildiriblər. Tədbirdə iqtisadiyyatla bağlı keyfiyyətli süjet, xəbər və verilişlərin ərsəyə gəlməsində yaradıcılıqları və təşəbbüsləri ilə fərqlənən bir sıra televiziya işçiləri Nazirliyin Fəxri Fərmanı ilə təltif olunub, onlara xatirə hədiyyəsi təqdim edilib. Hədiyyələr “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən ənənəvi İncəsənət Mərkəzinin ən füsunkar milli ornament elementlərimizdən olan nar əsasında işlənmiş unikal sənətkarlıq nümunələrindən ibarət olub. Xatırladaq ki, Mərkəz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi arasında həyata keçirilən birgə əməkaşlığın nəticəsi olaraq 2012-ci ildən fəaliyyət göstərir.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi