Sahib Ələkbərov İqtisadiyyat nazirinin müavini təyin olunub
Sahib Ələkbərov İqtisadiyyat nazirinin müavini təyin olunub.
APA TV-nin məlumatına görə, dövlət başçısı İlham Əliyev tərəfindən bununla bağlı müvafiq sərəncam imzalanıb.
Qeyd edək ki, Sahib Ələkbərov bundan əvvəl Vergilər nazirinin müavini vəzifəsində çalışıb.
Sahib Ələkbərov 1952-ci ildə Samux rayonunda anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1984-cü ildə Moskva İctimai Elmlər Akademiyasını bitirib.
1996-cı ildən 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləyib.
2005-ci ildən 2009-cu ilədək Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı, 2009-cu ilin iyun ayından Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifələrində çalışıb.
2010-cu il iyul ayının 2-də Prezident İlham Əliyevin sərəncamı ilə Vergilər nazirinin müavini təyin olunub.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı