“Şah dili”ndə balıq ovu - MAARİFLƏNDİRİCİ TURNİR
Həvəskar balıqçıların ən çox sevdiyi fəsil payızdır. Bu mövsümdə Xəzərin - ölkəmizin hüdudları çərçivəsində olan başqa çay və göllərin kənarında gözə dəyən belə insanların sayı artır. Qayda-qanuna riayət edərək bu işlə məşğul olanlar gizlənmir, heç nədən ehtiyat etmir.
APA TV-nin məlumatına görə, Azərbaycanın quru ərazisinin başladığı nöqtə - Xəzər sahilindəki “Şah dili” burnunda yerləşən Abşeron Milli Parkında "Brakonyerliyə son" devizi altında ilk dəfə həvəskar balıq ovu turniri keçirib. Məqsəd balıq ovlanması qaydalarını təbliğ və təşviq etməkdir.
Qoruğun direktoru Etibar İbrahimov ölkəmizdə son illər balıq ehtiyatlarının artırılması üçün genişmiqyaslı işlər görüldüyünü deyib. Bildirib ki, vaxtaşırı su hövzələrinə körpə balıqlar buraxılır: “Təkcə balıq körpələrinin su hövzələrinə atılması ilə iş bitmir. Onun qorunması, inkişaf etməsi, artması məsələsi də var. Bu ehtiyatların artması üçün ilk növbədə onun mühafizəsini həyata keçirməliyik”.
Azərbaycanın Həvəskar Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev bildirib ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş turnirdə 50-dən çox həvəskar balıqçı iştirak edib: “ETSN ilə birlikdə çiyin-çiyinə ekologiyanı, Azərbaycan su hövzələri canlılarını, su hövzələrinin qorunmasında dəstək olmaq və gələcək nəsillərə çatdırmaqdır”.
Həvəskar balıqçılar təşkil olunan turniri çox önəmli bir təşəbbüs adlandırıb:
“Özüm artıq 5-ci dəfədir ki, qatılıram. 3 dəfə birinci, 1 dəfə isə 2-ci yerİ tutmuşam. İndi kefal ovuna gəlmişəm. Siftəsini elədim. İnşallah ardı gələr”.
Sayca 12-ci dəfə keçirilən turnirin davamlı olaraq keçirilməsi planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi