Sadiq Gözəlov tutduğu vəzifədən azad edilib
Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru, ehtiyatda olan polis polkovniki Sadiq Gözəlov tutduğu vəzifədən azad edilib.
APA TV-nin məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən S.Gözəlov təqaüdə göndərilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, S.Gözəlov uzun müddət Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. O, 2017-ci ildə daxili işlər orqanlarında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Həmin vaxtdan polis polkovniki Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru mülki vəzifəsinə təyin edilib.
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar