Şabranda tövlədə dəhşətli yanğın, 15 baş mal-qara yandı
Şabran rayonunun Rəhimli kəndində tövlədə güclü yanğın baş verib. Hadisə Ağamalıyev Fərrux Fərhad oğluna məxsus təsərrüfatda qeydə alınıb. Yanğın zamanı 15 baş iribuynuzlu heyvan, 100-ə yaxın toyuq və tövlənin damına yığılmış 1500 ədəd ot bağlaması yanıb. Alov o qədər güclü olub ki, qısa zamanda bütün tövləni və ot taylarını əhatə edib. Təsərrüfat sahibi heyvanları xilas etməyə cəhd etsə də, buna nail ola bilməyib. Alov FHN-in Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Təsərrüfat sahibi yanğının qəsdən törədildiyini iddia edir. Faktla bağlı araşdırma aparılır.
Cəfər Talıb, APA TV, Şabran
OXŞAR XƏBƏRLƏR
20:35
379
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
19:51
406
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
19:50
391
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
19:26
1199
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
19:11
1149
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi
10:12
1524