Şabranda kütləvi zəhərlənmə: 2 günə 17 nəfər – SƏBƏB

Şabranda kütləvi zəhərlənmə olub. APA TV-nin şimal bürosunun məlumata görə, son iki gündə 17 nəfər qida zəhərlənməsi ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

Ötən gün 15 nəfər, bu gün isə daha iki nəfər zəhərlənib. Müraciət edənlərə ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur: “Öz evimizdə bişən tort idi. 3 gün idi soyuducu da qalmışdı. Bir balaca  hissə yedim. Sonra qarnımda elə bir sancı başladı ki, gəldim bura, həkimlər kömək etdi. Mədəm yuyuldu, şükür, indi yaxşıyam”.

“Qonaqlıq ayın 31-i olub. Lakin bunlar ayın biri gəliblər. Dünən vəziyyəti ağır olanlar da var idi. Onlara yardım olunub, Bakıda həkim çağırılıb. Hazırda vəziyyəti ağır olan yoxdur. Hamısının vəziyyəti kafidir. Yəqin ki, bu gün hamı evə - ambulator müalicəyə buraxılacaq”.

Hadisə yerində rayon hüquq-mühafizə oqranlarının əməkdaşları olub, müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR