Sabirabadda “Prado” yük maşını ilə toqquşdu – ÖLƏN VƏ YARALANANLAR VAR
Sabirabad rayonunun Qalağayın kəndi ərazisində ağır yol qəzası baş verib.
APA TV xəbər verir ki, “Prado” markalı minik avtomobili “Shacman” markalı yük maşını ilə toqquşub.
Qəza zamanı avtomobildə olan sərnişinlər Sabirabad sakinləri, 10 yaşlı Zəhra Vüsal qızı Məmmədova və 18 yaşlı Vüsalə Vüsal qızı Məmmədova müxtəlif xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Vüsalə Məmmədova daxili qanaxma ilə əməliyyata götürülüb.
Onların anası Sabirabad sakini, 1981-ci il təvəllüdlü Nigar İxlas qızı Məmmədova və sürücü Sabirabad sakini, 1979-cu il təvəllüdlü Azər Şakir oğlu Hüseynov hadisə yerində ölüb.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
11:43
949
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
955
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
980
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1325
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1913
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1933