Sabirabadda “KamAZ” “Jiquli”ni vurdu - 2 YARALI

 

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, gecə saatlarında Salyan-Şirvan yolunun Sabirabad rayonunun Yaxdəllək kəndi ərazisində keçən hissəsində qeydə alınıb.

 

Biləsuvar rayon sakini Elsəvər Əcəmovun idarə etdiyi 99 RZ 766 dövlət nömrə nişanlı “KamAZ” idarəetmədən çıxaraq, qarşıdan gələn 51 BK 439 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobillə toqquşub. Nəticədə "VAZ-2106" markalı avtomobildə Sabirabad rayonunun Çığırqan kənd sakinləri - 1991-ci il təvəllüdlü Ramil Kərim oğlu Şirinov və 1989-cu il təvəllüdlü Cəmil Şamil oğlu Şirinov xəsarət alaraq, Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR