Sabirabadda daha bir azyaşlı qız evləndirilir
Sabirabad rayonunun Qəzli kəndində 17 yaşı tamam olmayan qızın toy mərasimi keçirilir.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, Sabirabad rayonunun Qəzli kəndində 15 gün ərzində bu artıq ikinci belə haldır. Toyun sabah iyunun 8-də rayonun Qəzli kəndində keçiriləcəyi nəzərdə tutulur.
APA TV olaraq bu gün həmin ailəyə baş çəkib və həyətdə toy çadırının qurulduğunun şahidi oluq. Çətinliklə çəkilişə icazə alsaq da toy çadırının çəkilməsinə imkan verilmədi. Ailə qeyd etdi ki, biz toy yox nişan mərasimi keçiririk və qızın 18 yaşı tamam olandan sonra gəlin köçürüləcək.
Sabirabad rayon icra hakimiyyətinə üz tutduq. Onlar isə bildirdi ki, ailəyə toyun edilməsi ilə bağlı heç bir icazə verilməyib.
Sabirabad rayon icra hakimiyyətindən bizə bildirildi ki, artıq rəsmi şəkildə rayon polis şöbəsinə sabaha nəzərdə tutulan toyun dayandırılması barədə müraciət edilib.
Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi