Sabirabadda bələdiyyə sədrinin evinə basqın oldu
Sabirabad rayonunda Sosialist Əməyi Qəhrəmanının evinə basqın olub.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qaratəpə kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, Sabirabad rayon Qaratəpə bələdiyyəsinin sədri Fatma Hüseynovanın yaşadığı evə 4 nəfər maskalı şəxs basqın edib.
Fatma Hüseynova bildirib ki, gecə saat 02.15 radələrində evə daxil olan maskalılar onun bacısı Tamam Hüseynovanın boynundan vuraraq, ayaqlarını və ağzını yapışdırıcı lentlə bağlayıblar. Daha sonra Fatma Hüseynovanın boynundan vuraraq, ona xəsarət yetiriblər. Səsə gələn qardaşı Əlirza Hüseynov tüfənglə göyə atəş açdıqdan sonra maskalı şəxslər evi tərk ediblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək